"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Ağdam Təhsil Şöbəsindəki yoxlamanın gizlinləri; Elmira Şükürovanın kabinetində özünü kim yandırmaq istəyib?

05 Fevral 2015 - 16:49
in SOSİAL
FacebookVatsap

ellllmiraHakimiyyətdaxili qruplaşmalar arasındakı qarşıdurma özünün yeni çalarlarını üzə çıxarır. Belə ki, məmurlar birbaşa özləri ilə mübbarizəni onların kadrlarını hədəfə almaq, başqa sözlə, “qol-budağını budamaq” taktikası ilə əvəz ediblər. Bu istiqamətdə Savash.org-a daxil olan son məlumatlar Azəryolservis ASC-nin rəhbəri, deputat Cavid Qurbanovun ən yaxın qohumlarından olan Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri Elmira Şükürovanın ətrafında baş verənlərlə bağlıdır.

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Öncədən onu bildirək ki, 18 ildir bu vəzifədə işləyən Şükürova artıq 3-cü İcra Başçısının dövründə işləyir. Bütün bu illər ərzində o öz postunu qoruyub saxlaya bilib. Bu rekord göstəriciə isə C.Qurbanovun xidmətləri böyük olmuşdur. Dəfələrlə qohumunu zərbələrdən qoruyan, bir çox qalmaqalları ört-basdır etməyi bacaran, hətta yoxlamalar zamanı üzə çıxan açıq maliyyə və qanun pozuntularını da ötüşdürən deputat indi artıq təhsil müdirəsini qorumaq gücündə deyil. E.Şükürovanın durumunu ağırlaşdıran ən ciddi məsələ isə son maliyyə yoxlamaları zamanı üzə çıxan faktlardır.

Ağdam Rayon Təhsil Şöbəsində genişmiqyaslı maliyyə yoxlamaları keçirilib və bir müddət öncə həmin maliyyə yoxlamaları başa çatıb. Yoxlamanı həyata keçirən qrupun üzvlərindən birinin Savash.org-a ötürdüyü məlumata görə, yoxlamalar zamanı küllü miqdarda maliyyə pozuntuları üzə çıxıb. Onu da bildirək ki, yoxlamanın ilkin tam rəyi də saytımıza ötürülüb və müəyyən incələmələrdən sonra bu geniş rəyi bütövlükdə dərc edəcəyik. Hələliksə son illər Ağdam təhsilində aparılan maxinasiya əməliyyatları və yoxlama zamanı aşkarlanan bəzi məqamlara toxunaq.

İlkin olaraq onu bildirək ki, Ağdam rayon təhsil şöbəsində maliyyə yoxlaması başlamamışdan öncə ənənəvi qaydada yoxlama qrupu ilə anlaşmağa cəhd edilib. Bunun üçün rayon məktəblərindən pulyığma prosesi də start vəziyyətdə saxlanıb. Amma maliyyə yoxlaması hər hansı danışığı və anlaşmanı rədd edib. Bu da E.Şükürova ilə bağlı qərarın çox yüksək səviyyədə verildiyini göstərir. İlk olaraq onu bildirək ki, Ağdam rayon təhsil şöbəsi ilə bağlı yoxlamalarda üzə çıxan ən ciddi pozuntu faktlarından biri xəstə uşaqlara təhsil verilməsi ilə bağlıdır. Mənbəmizin sözlərinə görə, rayon üzrə 400-ə yaxın belə uşaq qeydiyyatdadır və onların təhsili üçün büdcədən hər il pullar ayrılır. Amma reallıqda isə bu uşaqlar təhsildən kənarda qalıb.

E.Şükürovanın kağız üzərində təhsil əməliyyatlarında xüsusi yerlərdən birini onun yaxın qohumu, qaynı Bayram Məmmədov tutur. Ağdam rayon Təhsil Şöbəsinin inspektoru vəzifəsində çalışan Bayram Məmmədov Ağdam təhsilini açıq bazara çevirib. Belə ki, Dövlət Qulluğu haqqında qanuna zidd olaraq Elmira Şükürova yaxın qohumu Bayram Məmmədovu uzun müddətdir ki, təhsil şöbəsində inspektr vəzifəsində çalışdırır. Hətta çalışdırmaq azdır, xanım müdirə Ağdam təhsilini bütünlüklə qaynının ixtiyraına buraxıb. Məlumata əsasən, təhsil şöbəsində əsas iş icraçısı olan Bayram Məmmədovun həyat yoldaşı Ətayə Məmmədova 5 saylı köçkün tam orta məktəbin direktorudur. 5 saylı köçkün tam orta məktəbi isə Bərdə rayonunda Şirvanlı kəndində fəaliyyət göstərir.
Bildirilir ki, əslində məktəb sənəd üzərində fəaliyyət göstərir. Çünki 2013-cü ildən həmin ərazidə məskunlaşmış ailələr Bərdə rayonun salınmış köçkün qəsəbələrinə köçürülüblər.Məktəbin şagirdləri 1 saylı köçkün məktəbində təhsil aldıqları halda 5 saylı məktəb şirvanlı kəndində sənəd üzərində fəaliyyət göstərir. Bayram Məmmədov həmin məktəbin siniflərini Xındırıstan kənd tam orta məktəbin şagirdləri hesabına formalaşdırıb.

Belə ki, Xındırıstan kəndində yaşayan və həmin kənddə ayrı-ayrı siniflərdə təhsil alan şagirdlərin adı eyni zamanda 5 saylı köçkün tam orta məktəbində gedir. Bildirilir ki, Təhsil Nazirliyi istərsə, bu özbanılığı və büdcə talançılığını istənilən zaman aşkar edib ortaya qoya bilər. Məlumata əsasən Bayram Məmmədovun 5 saylı məktəbi şəxsi mülkü hesab edir və hər ay həmin məktəbdən 8 min manat gəlir əldə edir. Adları həmin təhsil müəssisəsində müəllim olaraq gedən müəllimlərin isə 5 saylı məktəbdə işləmələri barədə heç bir məlumatları yoxdur. Bildirilir ki, həmin müəllimlərdən bəziləri Gəncə şəhərində avtomobil zavodunda, bəziləri isə Bakı şəhərində ayrı-ayrı müəssisələrdə çalışırlar. Mənbəmizin sözlərinə görə B.Məmmdovun nəzarətində olan “papka məktəb”lərindən biri də Bərdə ayon Qazıqurdalı kədndində şəxsi evin həyətindəki tövlədə fəaliyyət göstərən məktəbdir ki, bu “məktəb”ə də B.Məməmmədovun kirvəsi rəhbərlik edir.

Yeri gəlmişkən onu da bildirək ki, maliyyə yoxlamalarının gedişi zamanı, konkret olaraq 13 Yanvar 2015-ci il tarixdə Ağdam Rayon təhsil şöbəsində kuryoz hadisə yaşanıb. Bununla bağlı Savash.org-a verilən məlumata görə, Bərdənin Xanərəb kəndində yerləşən Ağdam Köçkün Orta məktəbinin direktoru Qaratel Əliyeva saat 12 radələrində bir əlində benzin, bir əlində kibrit Rayon Təhsil Şöbəsinin Rəhbəri Elmira Şükürovanın otağına daxil olub. Ondan külli miqdarda pul aldığı halda nə üçün məktəbini bağlatdırdığını deyib. Tərəflər arasında dava düşüb, Qaratel Əliyeva gətirdiyi benzini həm öz üstünə, həm Elmira Şükürovanın, həm də katibəsi Gülnaz Qəhrəmanovanın üstünə töküb, od vurub. Otaqda yanğın çıxdığını görən Təhsil Şöbəsinin Təchizat rəhbəri Mədəd Hüseynov və E.Şükürovanın müavini Rahil Allahverdiyev gödəkcəsini Şükürovanın üstünə ataraq öncə onun yanan ayağını söndürüb və otaqdan çıxardıblar. Qaratel Əliyeva isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qaratel Əliyevanın bu üsula əl atmasına səbəb, E.Şükürovanın Şagird Şəbəkəsinin Təsdiqi OŞ-1 forması üçün ondan 8 000 manat aldığı halda məktəbini bağlaması olub. Halbuki, Şükürova Əliyevaya, məktəbinin fəaliyyətinin davam edəcəyinə söz verib. Şükürova noyabr ayında Maliyyə Nazirliyinin yoxlaması üçün bütün məktəb direktorları ilə yanaşı, Q.Əliyevadan yenidən 7 000 manat pul alıb. Bayram tətilindən qayıtdıqdan sonra isə Q.Əliyevayanın məktəbinin bağlayanması xəbərini alıb. Dəfələrlə Şükürovadan pulunu geri istəyib, lakin ala bilməyib. Çarəni özünü yandırmaqda görən Q. Əliyeva bu addımı atıb.
Aparılan maliyyə yoxlamaları zamanı məlum olmuşdur ki, E.Şükürova büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinin yeni «metod»unu tapıb. O, ayrı-ayrı adamların adına qeydiyyatdan keçirdiyi kiçik müəssisələr vasitəsiylə korrupsiya şəbəkəsini saat kimi işlədib və yoxlama dövrünə düşən zamanda bu prosesin böyük bir hissəsi sabiq icra başçısı Nizami Sadıqovla birgə həyata keçirilib. Belə ki, Nizami Sadıqov asan və təhlükəsiz qazanc əldə etmək məqsədiylə «ilanı seyid Əhmədin əli ilə tutmaq» prinsipi ilə işləyib və rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürova ilə ayrı-ayrı adamların adına sənədləşdirilən Məhdud Məsuliyyətli Müəssisələr (MMC) vasitəsiylə saxta tenderlər keçirib.

Mənbəmiz bildirir ki, bu korrupsiya prosesi Elmira Şükürovanın liderliyi altında tənzimlənib: «Uzun illərdir rayon təhsil şöbəsinə rəhbərlik edən Elmira Şükürova bu sahədəki korrupsiya mexanizmini ən dərin incəliklərinə qədər bilir. Nizami Sadıqovla Elmira Şükürovanın ortaq korrupsiya piramidasının pərdəarxası sirlərini açmaq elə də çətin deyil. Bunun üçün onların “Mebel-Servis” MMC-nin hesabına köçürdükləri 21.400 manatın izi ilə araşdırma aparın. Görəcəksiniz ki, Elmira Şükürova ilə icra başçısı büdcə pullarından təkcə bu məbləği deyil, elə Təhsil Şöbəsinin «Digər xidmətlərin satın alınması» adı altında da mənimsədikləri 20.400 manatın taleyi də necə həll olunub. Bu sahədə hazırda elə vəziyyət yaranıb ki, şöbə müdirəsi ilə sabiq icra başçısı «otu itin, əti isə isə atın qarşısına» qoymalarından da usanmayıblar. Belə ki, ən gülməli məqamlardan biri isə Elmira Şükürovanın Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması işini “Bərdə Tikiş kommersiya” MMC-yə həvalə etməsidir. Bu zaman isə 39900 manat taleyi də müəmma olaraq qalır. Gülməlidir, tikiş müəssisəsi hara, dəftər ləvazimatların alınması hara?».

Son illər ərzində Elmira Şükürovanın adına bağlı olan tender əməliyyatlarının bir neçəsinə diqqət yetirək:
– Kommunal və kommunikasiya xidmətlərinin satın alınması “Tikinti-2011” MMC-yə tapşırılıb və 22200 manat «xərclənib»;
– Bərk inventarların satın alınması “Mebel-Servis” MMC-yə həvalə edilib və bu zaman 70190 manatın xərcləndiyi «sənədləşdirilib»;
– Məktəblərin əsaslı təmir işlərinin satın alınması prosesini isə “İnşaatçı EE” MMC reallaşdırıb və bu zaman 85870 mantlıq işin görüldüyü qeyd olunur;
– İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması isə «Bərdə Tikiş Kommersiya” MMC tərəfindən həyata keçirilib. 21600 manatlıq nəyin alındığını isə kimsə bilmir.
– Soba (odun) yanacağının satın alınması məsələsi «Bərdə Karolin KTF” MMC-yə tapşırılıb və bu zaman 45600 manatlıq yanacaq alındığı deyilir. Amma məktəblərin qışda hansı vəziyyətdə soyuq olduğunu bilmək üçün orada olmaq lazımdır.
– Digər maşın və avadanlıqların satın alınması da «Bərdə Karolin KFT” MMC-yə tapşırılıb ki, bu zaman 19000 manatlıq «iş» görüldüyü deyilir;
– Tenderlərin ən «yaralı» yeri olan «Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması» da elə Bərdədəki “Karolin KFT” MMC-yə həvalə edilib. Rəsmi sənədlərə görə, bunun üçün 40660 manat pul ayrılıb.
Bütün bunlar haqda geniş araşdırmalarımız və maliyyə yoxlamasının yekun rəyi növbəti yazılarımızda…

Previous Post

Ağdam Təhsil Şöbəsindəki yoxlamanın gizlinləri; Elmira Şükürovanın kabinetində özünü kim yandırmaq istəyib?

Next Post

Oğurluğa görə tutulan çempion "Cibgir Rəhilə"nin qızı imiş…

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Next Post

Oğurluğa görə tutulan çempion "Cibgir Rəhilə"nin qızı imiş...

Oğurluğa görə tutulan çempion "Cibgir Rəhilə"nin qızı imiş...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.