"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ağalar Bayramov haqlı olaraq danışdı

25 May 2019 - 12:32
in aktual-banner, Cebhe-banner, MANŞET, MÖVQE, SEÇMƏ
FacebookVatsap

“Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?”

Son zamanlar ölkə başçısının mədəniyyət xadimlərini fəxri ad və təqaüdlərlə təltif etməsi insanlar tərəfindən alqışla qarşılanıb. Amma bu adlardan iki ziyalımız, hərbi vətənpərvərlik mahnılarının müəllifi Şəmistan Əlizamanlı və əməkdar artist Ağalar Bayramov kənarda qalıb. 
Ağalar Bayramov Moderator.az-a açıqlamasında buna görə öz gileyini dilə gətirdi:
“Şəmistan Əlizamanlı mənim dostumdur. Allah ona ilahi səs verib, bəzən bizi dəyişik salırlar. Biz eyni universiteti bitirmişik. Onunla müxtəlif tədbirlərdə olmuşuq və vətənpərvərlik mahnıları səsləndirib. İstanbulda konsertimiz olub. Bu gün yerindən durana fəxri adlar paylayırlar, amma Şəmistan Əlizamanlıyla, Ağalar Bayram yaddan çıxır. Məmməd Arazın bir söz var deyir ki, “Baxsam, döz deyənə, döz deyilənə, ağzımdan qapılar öz halal tikəm, dünya düzəlmir ki, düzəlmir, baba!”. Çox aktual mövzuya toxunmusunuz və bu fəxri ad çoxdan verilməli idi. Mənə 2002-ci ildə mərhum prezidentimiz “Əməkdar artist” fəxri adı verdi və mənimlə paralel Aygün Kazımova, Aygün Bayramova və Firuz Əliyev də bu ada layiq görüldü. Amma bu keçən müddət ərzində onların üçü də “Xalq artisti” fəxri adına layiq görüldü, amma Ağalar yaddan çıxdı. 2014-cü ildə 60 yaşım tamam oldu, susdular. Altmış beş yaşım tamam olanda da eyni vəziyyəti sərgilədilər, amma ölkə mediasında haqqımda kifayət qədər yazı işıqlandırdılar. Fevral ayında şair Ramiz Qusarçaylıyla yubiley gecəm keçirildi. Məni yandıran odur ki, dövlət tədbirlərində saysız-hesabsız çıxış etmişəm, həmişə təşəkkür ediblər. Mədəniyyət naziri özü və müavini minnətdarlıq edib.  Amma çox qəribədir ki, ad paylananda mənə ancaq təşəkkür düşüb. Başqalarına isə prezident mükafatı, ev və s. veriblər. 
1991-ci ildən Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığının sirlərini öyrədirəm. Bu il aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Nəsimi poeziyası üzrə bədii qiraət müsabiqəsində iki tələbəmdən biri birinci, digəri isə üçüncü yerə layiq görüldü. Məni içimdən ağrıdan odur ki, əlaqədar təşkilatlar niyə belə səhlənkarlıq edirlər. Hər il mayın 30-da Sabir poeziya günləri keçirilir və ora da məni rəhmətlik şair Qabil aparıb. Bu münasibətlə artıq 17 ildir ki, mayın 30-da Şamaxıya gedirəm. Bir neçə il bundan öncə Xaçmazda tədbirdə xalq yazıçısı Anar mənə dedi ki, “Sizdə bu yaddaş hardandı?”. O, biləndə ki, mən xalq artisti adı almamışam məndən xəbərsiz 2017-ci ildə mədəniyyət mazirinə məktub yazdı. Nazirlikdən cavab olaraq bildirildi ki, bu işə baxılacaq. Təsəvvür edin aradan üç il ötür və bu qədər sayqısızlıq olarmı? Şəxsiyyətinə hörmət etdiyim millət vəkili Qənirə Paşayeva mədəniyyət nazirinə mənim haqqımda müraciət edib.  Belə bir deyim var ki, “İlham etinzasılıqdan sönər”. Sizə sual verirəm ki, nağara çalan, rep deyən qədər Ağalar olaraq yoxammı? Bir müddət öncə Mədəniyyət Nazirliyinin mədəniyyət şöbəsində İsmayıl adlı müəllim məktub yazıb və bildirir ki, “Hörmətli Ağalar müəllim fəxri ad müstəsna hallarda, xidmətlərə görə verilir. Bir də iş yerindən təqdimat olmalıdır”. Bədii qiraət şairlərin danışan dilidir. Təbii ki, onların elektron poçtuna tutarlı bir məktub yazdım və İsmayıl müəllim buna cavab verə bilməzdi. 
Mayın 22-də AYB-nin təşkilatçılığıyla Quba rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə dördüncü Məmməd Araz poeziya günü keçirildi. Tədbirdə millət vəkilimiz Aqil Abbas, İradə xanım Tuncay, şair Ramiz Qusarçaylı və s.  dostlar iştirak edirdi. A.Abbas çıxışında dedi ki, “Çox sevinirəm ki, burda şairlərin danışan dili Ağalar Bayramov var”. Orda elə bir çıxış etdim ki, məni diplomla təltif etdilər. Bilmirəm başqa nə etməliyəm ki? Nə qədər muğam, mahnı oxuyan var, amma bədii qiraətlə məşğul olanların sayı azdır. Məsələn mərhum Kazım Ziya, Mikayıl Mirzə, İlham Əsgərov kimi həmkarlarımız rəhmətə gedib. Burda qalıb Əminə Yusifqızı və mən. Əminə xanım da həmişə mənə dəstək olub. Dünyasını dəyişənlərlə bir yerdə heç 8-9 nəfər bədii qiraətçi yoxdu. Məni yandıran başqa şeydir. Şəmistanla Ağalar bir elə-obaya getsə, onların qarşısına çox adam çıxar, yoxsa hansısa dolayı yollarla fəxri ad alanların? Xocalı faciəsi, 20 Yanvar gəlir Ağalar Bayramov efirdədi. Elə bil ki, bu vətənin dərdləri ancaq mənim payıma düşüb. Bu laqeydlik açığını deyim ki, mənə çox pis təsir edir. Şəmistan Əlizamanlı bu fəxri ada layiqlər-layiqidir. O, çox ləyatli, kişiliyini qoruyan adamdır. Biz hara getmişiksə, bizi alqışlarla qarşılayıblar”. 

Bunu da oxuyun

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Previous Post

Bacısına dovşan şəkli göndərəni bıçaqlayan Ataşa 10 il cəza verildi

Next Post

Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur – Külək, yağış, dolu…

Bənzər yazılar

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30

“Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə böyük siyasi gücə çevrilib, dünya miqyasında böyük...

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21

Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində...

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib. Elchi.az...

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir. Elchi.az xəbər verir ki, müraciəti dövlət...

Next Post
Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur – Külək, yağış, dolu…

Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur – Külək, yağış, dolu…

Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur – Külək, yağış, dolu…

Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur – Külək, yağış, dolu…

Son xəbərlər

Adanada zəlzələ olub

Adanada zəlzələ olub

09 Noyabr 2026 - 16:59
Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

09 Noyabr 2026 - 16:39
Yağışa görə bu oyun təxirə düşdü

Yağışa görə bu oyun təxirə düşdü

09 Noyabr 2026 - 16:30
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

09 Noyabr 2026 - 16:14
Özgür Özəl İlham Əliyevi təbrik etdi

Özgür Özəl İlham Əliyevi təbrik etdi

09 Noyabr 2026 - 16:01
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

09 Noyabr 2026 - 11:32
Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

09 Noyabr 2026 - 11:00
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

09 Noyabr 2026 - 10:20
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

09 Noyabr 2026 - 09:27
Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.