ABŞ Kiyevə yardım üçün 113 milyard dollar, 2023-cü ilin sentyabrından isə 13 milyard dollar xərcləyib.
Elchi.az xəbər verir ki, “Fox News” bu barədə ABŞ-ın İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın senator Ceyms Devid Vence məktubuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, Konqres Ukraynadakı münaqişə üçün dörd əlavə ayırma qanun layihəsi vasitəsilə həyati vacib təhlükəsizlik, iqtisadi və humanitar yardım daxil olmaqla, 111 milyard dollar əlavə maliyyə ayırıb.
Departament rəhbərinin sözlərinə görə, yardım paketlərinə əlavə olaraq, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi də 145 milyon dollar və 189 milyon dollar ayırıb.
Qeyd olunur ki, Yanqın məktubu Ukraynaya yönəldilən vəsaitlər barədə ilk dəfə məlumatın açıqlanmasıdır. Eyni zamanda, telekanalın məlumatına görə, bu məbləğ Kiyevə verilən silah və sursatların dəyişdirilməsi xərclərinə görə daha yüksək ola bilər.
Havar Şəfiyeva