Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində Fransa prezidenti Emmanuel Makronun Ukraynaya Qərb hərbçilərinin göndərilməsi ilə bağlı fikirlərini şərh edib və onları piar adlandırıb.
Elchi.az bu barədə Lent.ru – ya istinadən məlumat yayır.
Nazir qeyd edib ki, bu çıxış ekspromtu olub, Almaniya, Avropa ölkələri və NATO-dan olan həmkarları tərəfindən belə bir təşəbbüsün bəyənilməməsindən sonra siyasətçi yenidən belə bir ehtimaldan danışıb.
Bundan əvvəl Fransanın keçmiş prezidenti Nikola Sarkozinin keçmiş müşaviri Henri Guenet Makronu Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı dediyi sözlərə görə Rusiya ilə birbaşa münaqişəyə can atmaqda ittiham etmişdi. O qeyd edib ki, Ukrayna 1991-ci il sərhədlərinə qayıda bilməyəcək, ona görə də münaqişənin ən yaxşı həlli Rusiya ilə sülh danışıqları və Ukraynanın neytral statusunun möhkəmləndirilməsi olacaq.
Havar Şəfiyeva