Əks-hücumunda vaxt ukraynalıların tərəfində deyil, ABŞ bunun üçün əlindən gələn hər şeyi elədi. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Onun sözlərinə görə, vaxt ukraynalıların tərəfində deyil və əks-hücum çox ləng gedir:
“Axı qarşıda payızdır və manevr etmək, eləcə də dronlardan istifadə etmək daha çətin olacaq”.
Qeyd edək ki, daha əvvəl Ağ Ev amerikalıların istəksizliyinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
Havar Şəfiyeva