Birləşmiş Ştatlar Misirin Rusiyaya silahla kömək etməsinin əlamətlərini görmür. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Misirin Rusiyaya öldürücü silahlar şəklində yardım göstərdiyinə dair heç bir əlamət yoxdur”, – Amerika nümayəndəsi Qahirənin Moskvaya Qərbdən gizli şəkildə kömək etmək planları ilə bağlı sızan ABŞ kəşfiyyat sənədlərindəki məlumatları şərh edib.
Havar Şəfiyeva