Kanada Ukraynaya pulemyot və sursatdan ibarət yeni hərbi yardım paketi göndərəcək. Elchi.az CBC-yə istinadən xəbər verir ki, bunu baş nazir Castin Trüdo Ukraynanın baş naziri Denis Şmıxalla danışıqların yekununda bildirib.
“Bu gün biz daha çox silah göndərəcəyimizi elan edirik. 21 min avtomat, 38 pulemyot və 2,4 milyondan çox patron göndərəcəyik”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Kanada anti-Rusiya sanksiyalarını genişləndirdi — 14 fiziki və 34 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
Havar Şəfiyeva