Zimbabve quraqlığa görə milli fəlakət elan edib.
Elchi.az xəbər verir ki, Zimbabve prezidenti Emmerson Mnanqaqva öz “X” səhifəsində şiddətli quraqlıq səbəbindən ölkədə milli fəlakət elan etdiyini açıqlayıb.
O, beynəlxalq ictimaiyyətə müraciət edərək dəstək istəyib. Onun sözlərinə görə, problemin həlli üçün əlavə 2 milyard dollar tələb olunacaq.
Zimbabve liderinin vurğuladığı kimi, o, ölkədə insanların aclıqdan ölməsinə imkan verməyəcək. O, əmin edib ki, ölkə xaricdən taxıl alacaq.
Nuranə Məmmədova