Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var.
Elchi.az xəbər verir ki, bunu Report-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
Milli assosiasiya rəsmisi danışılmış oyunlarda iştirak etmiş I Divizion təmsilçisi MOİK-in 6 futbolçusunun AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib.
Baş katib qərarın faktlara söykəndiyini söyləyib:
“AFFA İntizam Komitəsinin futboldan uzaqlaşdırılan şəxslərlə bağlı qərarı faktlar əsasında verilib”.
Sərxan Hacıyev futbol fəaliyyətdən ömürlük məhrum edilən Samir Hüseynov adlı şəxsin isə klubda çalışmadığını bildirib:
“O, klub rəsmisi deyil. Həmin şəxs sadəcə, bu məsələdə iştirak edən vətəndaşdır”.
Qeyd edək ki, MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiklərinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub. Samir Hüseynovun isə AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması qadağan edilib.
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək. Elchi.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ilə Gənclər və...