Bir neçə gündür ki, ADP-çi gənclər yaşadıqları ərazi üzrə hüquq mühafizə orqanları tərəfindən təqib edilməkdədir. Bu barədə redaksiyamıza ADP-dən məlumat verilib. Belə ki, Sumqayıt şəhəri Pİ-nin əməkdaşları tərəfindən ADP-çi gənc fəal və mətbuatda tənqidi yazıları ilə tanınan Eldar Raşidova zəng edilərək polis bölməsinə gəlməsi tələb olunur. Adıçəkilən şəxs özünü Sumqayıt Şəhər Polis İdarəsinin zabiti kimi təqdim edərək ADP-çi gənc fəal Eldar Raşidova bildirib ki, mitinq və kütləvi aksiyalarda iştirak etdiyinə görə və həm də muxalif fikirli yazılar yazdığına görə mütləq polis bölməsinə gəlməlidir.
Digər ADP-çi gənc fəallar Orxan Babayev Mədinə Məmmədova Eldar Raşidov da qeydiyatda olduqları Yasamal və Sumqayıt Polis İdarəsi tərəfindən təqib olunmaqdadır. Belə ki, polis idarəsinin işçiləri Orxan Babayev və Mədinə Məmmədovanın Eldar Raşidovun qeydiyyatda olan ailə üzvlərinə təzyiq göstərərək bildiriblər ki, fəallar təcili olaraq polis bölməsinə gəlməlidirlər. Onların Polis Bölməsinə çağırılmasına səbəb kütləvi aksiyalarda fəal iştirakları və prezident seçkiləri ərəfəsində gənclər arasında fəallıq etdikləri göstərilir.