"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Adnan Əhmədzadənin vəkili, görün, kim imiş…

25 Sentyabr 2025 - 15:30
in CƏMİYYƏT
FacebookVatsap

SOCAR-ın İnvestisiya Departamentinin hazırda həbsdə olan sabiq rəhbər müavini Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevlə bağlı maraqlı fakt üzə çıxıb.

Bunu da oxuyun

3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM

Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

Elchi.az lent.az-a istinadən bildirir ki, Şaiq Mirzəyev vəkillik fəaliyyəti ilə yanaşı, həm də media təsisçisi imiş. O, e-huquq.az saytının təsisçisidir.

Şaiq Mirzəyev Vəkillər Kollegiyasının, həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvüdür. E-huquq.az saytı da Vəkillər Kollegiyasının fəaliyyətini mütəmadi və ən çox işıqlandıran saytdır.

Təsisçisi olduğu sayt Mirzəyevi həm də “dərin humanizm prinsiplərinə sadiq qalan, ictimai faydalı təşəbbüslərdə fəal iştirak edən nüfuzlu vətəndaş” kimi təqdim edib.

Şaiq Mirzəyev Əhmədzadənin vəkili olmaq üçün işdən çıxdı?

Bir neçə gün öncə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə Şaiq Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının departament müdiri olmasını əks etdirən foto paylaşıb. Nazirliyin saytından edilmiş skrində vəkilin həmin nazirlikdə Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması əks olunub.

Ə.Həsənov qeyd edib ki, vəzifəli şəxsin vəkil kimi başqa şəxslə müqavilə bağlaması qanunvericiliklə qadağan edilib.

Bundan bir neçə dəqiqə sonra isə qurumun saytından Şaiq Mirzəyevin departament müdiri olmasına dair məlumat və foto silinib.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra bildirib ki, Şaiq Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib”.

Buna baxmayaraq, Vəkillər Kollegiyasının mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir: “Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur.

Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Sonda qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Həm də milyarder Fərhad Əhmədovun vəkili

Şaiq Mirzəyev bundan əvvəl daha bir milyarderin məsələsi ilə bağlı gündəmə gəlib. O, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun müdafiəçisi kimi mediada çıxış edib. Şaiq Mirəzyev Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Fransa vətəndaşı Anass Derrazın Bakıda məhkəmədə dediklərini təkzib edib. Şaiq Mirzəyev Fərhad Əhmədovun fəaliyyəti, “xidmətləri”, xeyriyyəçi əməlləri barədə geniş açıqlaması ilə diqqət çəkib. O, “Fərhad Əhmədova qarşı hücumları əsassız” hesab edib.

Vəkildən polis idarəsi ilə bağlı qalmaqallı açıqlama

Şaiq Mirzəyevin adı bir də “polis idarəsində kobud rəftara məruz qalması” ilə bağlı xəbərlə xatırlanır. O, bu barədə məlumatı təsisçisi olduğu e-huquq.az saytında ictimailəşdirmişdi.

SOCAR-ın keçmiş vitse-prezidenti ilə işbirliyi

Şaiq Mirzəyev həm də “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəridir. Onun müştəriləri arasında “Azəriqaz”, “Qrant həyat”, “Yelobank” kimi şirkətləri görə bilirik.

2020-ci ildə isə o, “Az-Qranata” MMC-yə baş direktor təyin edilib. Bu vəzifədə isə uzun müddət işləyə bilməyib. Qeyri-rəsmi məlumatlara görə, “Az-Qranata” MMC SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılova və ailəsinə məxsusdur.

Adnan Əhmədzadənin vəkili kimi fəaliyyəti

Adnan Əhmədzadə sentyabrın 19-da həbs edilib. Şaiq Mirzəyev hazırda Adnan Əhmədzadənin mediaya məlum olan yeganə vəkilidir. O, vəkil olaraq Adnan Əhmədzadənin həbsindən apellyasiya şikayəti vermədiklərini açıqlayıb. Mirzəyev açıqlamalarında həmçinin, müvəkkilinin mediada barəsində yazılanlardan narahat olduğunu da vurğulayb.

Previous Post

Paşinyan MDB Hökumət Başçılarının Minskdəki iclasında iştirak etməyəcək

Next Post

Kobaxidzedən Zelenskiyə CAVAB

Bənzər yazılar

3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM

3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM

12 Noyabr 2026 - 14:07

2027-ci ilin mart ayında Azərbaycanda uzunmüddətli istirahət günlərinin yaranacağı gözlənilir. Elchi.az ajansaz-a istinadən xəbər verir ki, gələn il 8 Mart...

Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

12 Noyabr 2026 - 13:51

Azərbaycanda yaşı 100 və daha çox olan pensiya və ya müavinət alanların sayı açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə...

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12 Noyabr 2026 - 13:30

Azərbaycanda mövcud olan təxminən 2500 məsciddən 1000-də din xadimi fəaliyyət göstərmir. Ölkədə təyin edilmiş din xadimlərinin sayı isə 1300 nəfər...

Rayonlarımızla bağlı sevindirici xəbər – İlk dəfə olacaq

Rayonlarımızla bağlı sevindirici xəbər – İlk dəfə olacaq

12 Noyabr 2026 - 13:18

“Növbəti ilin dövlət büdcəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 17,1 faiz təşkil edəcək. Bu, cari illə...

Next Post
Kobaxidzedən Zelenskiyə CAVAB

Kobaxidzedən Zelenskiyə CAVAB

Prezident Dövlət Xidmətinin hərbçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Xidmətinin hərbçilərini təltif edib - SİYAHI

Comments 5

  1. Nərmin Pənahova says:
    1 il ago

    Çox maraqlı məqalədir, qətiyyən belə düşünməzdim ki, Adnan Əhmədzadənin vəkili eyni zamanda media təsisçisi imiş. Bu fakt onun haqqında yeni fikirlər formalaşdırır. Həqiqətən də, belə şəxslərin olması cəmiyyət üçün faydalıdır. Əla məlumat üçün təşəkkürlər.

    Reply
    • Yusif Hüseynov says:
      1 il ago

      Çox maraqlı məqalədir, qətiyyən belə düşünməzdim ki, Adnan Əhmədzadənin vəkili eyni zamanda media təsisçisi imiş. Bu fakt onun haqqında yeni fikirlər formalaşdırır. Həqiqətən də, belə şəxslərin olması cəmiyyət üçün faydalıdır. Əla məlumat üçün təşəkkürlər. Hətta vəkilinin belə bir xarakteri olduğunu bilmək də adamı təəccübləndirir.

      Reply
      • Şəbnəm Hacıyeva says:
        1 il ago

        Çox qəribədir, necə olur ki, belə fəal bir vəkil eyni zamanda media quruluşunun da başında dayana bilir? Hətta Vəkillər Kollegiyasının üzvü olması da təəccüblüdür. Maraqlıdı görəsən, bu işlərin öhdəsindən necə gəlir? Elə belə məlumatlar üçün təşəkkürlər.

        Reply
  2. Zəhra Babayeva says:
    1 il ago

    Bu necə vəkil imiş? Bir tərəfdən dövlət qulluğunda, digər tərəfdən isə vəkillik fəaliyyəti. Qanunlar hamı üçün eynidir, yoxsa kimin üçün fərqlidir? Maraqlı sualdır.

    Reply
    • Məsumə Yusifova says:
      1 il ago

      Adnanın vəkili kimdir görəsən, belə çıxır ki, adamın həm özü, həm də vəkili problemi var. Bu necə vəkil imiş, bir tərəfdən dövlət qulluğunda, digər tərəfdən isə vəkillik fəaliyyəti. Qanunlar hamı üçün eynidir, yoxsa kimin üçün fərqlidir? Maraqlı sualdır. İndi də saytda özünü tərifləyirmiş. Bu nə deməkdir?

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM

3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM

12 Noyabr 2026 - 14:07
Avropa Ukraynanı maliyyələşdirməkdən imtina edib

Avropa Ukraynanı maliyyələşdirməkdən imtina edib

12 Noyabr 2026 - 14:00
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

12 Noyabr 2026 - 13:51
Almeyda “Qarabağ”da işə başlayıb? – Rəsmi

Almeyda “Qarabağ”da işə başlayıb? – Rəsmi

12 Noyabr 2026 - 13:42
Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12 Noyabr 2026 - 13:30
Rayonlarımızla bağlı sevindirici xəbər – İlk dəfə olacaq

Rayonlarımızla bağlı sevindirici xəbər – İlk dəfə olacaq

12 Noyabr 2026 - 13:18
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

12 Noyabr 2026 - 13:09
Ermənistan KTMT-dən çıxsa, çox şey itirəcək – Matviyenko

Ermənistan KTMT-dən çıxsa, çox şey itirəcək – Matviyenko

12 Noyabr 2026 - 13:00
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq

Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq

12 Noyabr 2026 - 12:53
Şəkidə 100-dən çox fıstıq ağacının kəsilməsinə görə 6 nəfər saxlanılıb- VİDEO

Şəkidə 100-dən çox fıstıq ağacının kəsilməsinə görə 6 nəfər saxlanılıb- VİDEO

12 Noyabr 2026 - 12:47
Sabah 20 dərəcə isti olacaq

Sabah 20 dərəcə isti olacaq

12 Noyabr 2026 - 12:38
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq edilib

Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq edilib

12 Noyabr 2026 - 12:29
Qubada qəbiristanlıqda meyit aşkarlanıb

Qubada qəbiristanlıqda meyit aşkarlanıb

12 Noyabr 2026 - 12:14
SEPAH: Hörmüz boğazında neft daşıyan iki supertanker partlayıb

SEPAH: Hörmüz boğazında neft daşıyan iki supertanker partlayıb

12 Noyabr 2026 - 12:08
İndoneziyada Semeru vulkanı gün ərzində azı altı dəfə püskürüb

İndoneziyada Semeru vulkanı gün ərzində azı altı dəfə püskürüb

12 Noyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.