Mayın 7-də saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Elchi.az-a bildirilib ki, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Məhəmməd Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmməd Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub....





















Son şərhlər