2022-ci ildə Rusiyanı 1.3 milyon nəfər tərk edib. Bu səbəbdən ölkə 1998-ci ildən bəri ən böyük işçi çatışmazlığı ilə üzləşib.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Bilirilib ki, Rusiya Mərkəzi Bankı 14 min işəgötürən arasında sorğu keçirib və məlum olub ki, işçilərin sayı 1998-ci ildən bəri ən aşağı səviyyədədir.
“Son üç ildə Ukraynada pandemiya və genişmiqyaslı müharibə səbəbindən Rusiyanın əhalisi 2 milyon azalıb. Xüsusilə, 1,3 milyona qədər insan Rusiyanı tərk edib. Onların da əksəriyyəti qabaqcıl sənayelərdə çalışan çoxlu gənc və ali təhsil almış insanlardır. Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Telekommunikasiya Nazirliyi İT işçilərinin təxminən 10%-nin (100 min) ölkəni tərk etdiyini və geri qayıtmadığını bildirib”, – məlumatda qeyd olunub.
Məlumata görə, səfərbərlik, yüksək miqrasiya, əhalinin qocalması və azalması işçi qüvvəsi azaldıb. Bu da Rusiya iqtisadiyyatının potensial artımını azaldacaq və inflyasiya riskini artıracaq.
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL
Dünya maliyyə bazarlarında son dövrün ən ciddi satış dalğalarından biri müşahidə olunur. ABŞ fond indekslərində kəskin azalma, texnologiya şirkətlərinin səhmlərinin...





















Son şərhlər