Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb.
Elchi.az -ın yerli bürosu məlumat verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölən şəxs – 1976-cı il təvəllüdlü Hidayət Məmmədzadənin 3-cü mərtəbədən ehtiyatsızlıq üzündən yıxıldığı deyilir.
Faktla bağlı araşdırmalar aparılır.





















