Ukrayna prezidenti Vladimir Zelenskinin məğlubiyyətini etiraf etməkdən və sülh danışıqlarına girməkdən imtina etməsi Kiyevin dağılmasına səbəb olacaq. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Devid Rundell və ABŞ Mərkəzi Komandanlığının keçmiş siyasi müşaviri Maykl Qfoeller Nevsvek üçün yazıb.
“Ukraynalı kişilərin bütün nəsli ölərkən, acı reallıq ondan ibarətdir ki, Ukraynanın Rusiyanı məğlub etmək şansı Meksikanın ABŞ-la müharibədə qalib gəlmə şansı qədərdir. Münaqişəni uzatmaq bu tənliyi dəyişməyəcək”, – məqalə müəllifləri Ukrayna liderinin hərbi münaqişəyə yanaşmasını tənqid edərək yazır.
Onların fikrincə, heç kim Moskvanın ərazi güzəştlərinə, xüsusən də Krıma münasibətdə icazə verməyib. Yenə də Zelenskinin danışıqlar aparmaq istəməməsi sülh şərtlərini Kiyev üçün yeddi ay əvvəl olduğundan daha az əlverişli edib.
Bundan əvvəl Fransa hakimiyyəti Rusiya və Ukrayna arasında danışıqlara töhfə verə biləcək bir planla Çinə müraciət etmək qərarına gəlib. Fransa prezidenti Emmanuel Makronun gələcək müzakirələr üçün çərçivə proqramının hazırlanması barədə göstəriş verdiyi dəqiqləşdirilir.
Havar Şəfiyeva