ABŞ yüz minlərlə immiqrantı ölkəni tərk etmələri üçün bildiriş göndərib

🗓 13.06.2025 11:26 ✍️ "Elçi" qəzeti
ABŞ yüz minlərlə immiqrantı ölkəni tərk etmələri üçün bildiriş göndərib

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yüz minlərlə mühacirlərə ölkədə yaşamaq və işləmək üçün icazə verən müvəqqəti hüquqi statuslarını ləğv edərək geri qayıtmaları barədə bildiriş göndərib.
Elchi.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi keçmiş ABŞ prezidenti Co Bayden dövründə tətbiq edilən və tez-tez hazırkı rəhbərliyin hədəfində olan immiqrasiya proqramı ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yüz minlərlə insanın ABŞ-da yaşayıb işləməsinə icazə verən müvəqqəti hüquqi statusların ləğv edildiyi bildirilib.
Hüquqi statusu ləğv edilən mühacirlərə ölkəni tərk etməli olduqları, gediş prosesini başlatanlara isə ölkələrinə gəldikləri təqdirdə səyahət yardımı ediləcəyi və min dollar veriləcəyi bildirilən elektron məktublar göndərilməyə başlandığı bildirilib.
Bayden administrasiyası tərəfindən 2022-ci ilə qədər verilən müvəqqəti hüquqi status bu ölkələrdən olan 532 min insana ABŞ-da müvəqqəti yaşamaq və işləmək hüququ verib.
ABŞ Ali Məhkəməsi mayın 30-da qərar verib ki, Donald Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesueladan olan 500 mindən çox immiqrantın müvəqqəti hüquqi statusunu ləğv edə bilər.

Şayəstə Hüseynova

Bənzər yazılar