Ağ Evin sözçüsü Con Kirbi ABŞ-ın Çin prezidenti Si Cinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün danışıqları alqışladığını bildirib. Onun sözlərinə görə, Pekin Ukraynadakı vəziyyətlə bağlı Kiyevin mövqeyini bilməlidi. Elchi.az , RİA Novostiyə istinadən xəbər verir.
Kirbinin fikrincə, bu addım çox müsbət olardı və eyni zamanda Çinə Ukraynanın mövqeyini daha yaxşı başa düşməyə kömək edərdi.
Bundan əvvəl politoloq Sergey Markov bildirmişdi ki, Zelenski ilə söhbəti zamanı Si Tszinpin danışıqlar yolu ilə regionda sülhün bərqərar olmasının mümkün olub-olmadığını anlamaq istərdi. Ekspert əlavə edib ki, o, Rusiya ilə Ukrayna arasında vasitəçi statusunu da təmin etməyə çalışacaq.
Havar Şəfiyeva