İsrail Müdafiə Qüvvələri ABŞ vətəndaşı olan Samaher Esmail adlı qızı sosial şəbəkələrdə təhrik etdiyinə görə saxlayıb. Elchi.az xəbər verir ki, bu barədə ‘‘The Washington Post‘‘ məlumat yayıb.
“Əməliyyat zamanı saxlanılan şübhəli daha sonra dindirilmək üçün təhlükəsizlik əməkdaşlarına təhvil verilib”, – deyə onlar təfərrüatları açıqlamayıb.
ABŞ Nümayəndələr Palatasının üzvü Troy A. Karter mövcud vəziyyətdən narahatlığını bildirib. “Mən ABŞ vətəndaşının niyə saxlanıldığını öyrənmək üçün Amerika səfirliyi və Dövlət Departamenti ilə əlaqə saxladım. “Onun təhlükəsizliyi üçün dua edirəm” deyə o,‘‘ X‘‘ sosial şəbəkəsindəki səhifəsində qeyd etdi.
ABŞ Dövlət Departamenti ABŞ vətəndaşının saxlanmasından xəbərdar olduğunu bildirib, lakin bu departamentin nümayəndələri təhlükəsizlik səbəbi ilə təfərrüatları bölüşməkdən imtina ediblər.
Qeyd edək ki, bundan əvvəl Amerika rəsmiləri İsrail Müdafiə Qüvvələrini Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmağa çağırıb.
Havar Şəfiyeva