İsrail və ABŞ İranın cənubunda yerləşən “Cənubi Pars” yatağı və Əsəluyə bölgəsindəki neft sənayesi obyektlərinə zərbələr endirib.
Elchi.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Təxminən bir saat əvvəl neft sənayesi obyektlərinin bir hissəsi Amerika-Sionist düşməni tərəfindən hücuma məruz qalıb”, — deyə nəşrin məlumatında bildirilir.
Agentlik hadisə ilə bağlı digər təfərrüatları açıqlamayıb.
Məryəm




















