ABŞ və İran arasında münaqişənin dayandırılmasına dair ilkin müqavilə layihəsi İslam Respublikasında uranın zənginləşdirilməsi və ölkənin aktivlərinin dondurulmasının ləğv edilməsi barədə müddəaları ehtiva edir.
Elchi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.
“Saziş layihəsinə zənginləşdirilmiş uran və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması ilə bağlı bəndlər daxildir”, — deyə telekanalın həmsöhbətlərindən biri bildirib. Lakin o, ABŞ ilə razılıq əldə olunacağı təqdirdə İranın öz ərazisində uranı zənginləşdirməyə davam edə biləcəyi barədə təfərrüatları açıqlamayıb.
Bundan əlavə, mənbə qeyd edib ki, təmaslar zamanı “İran tərəfi nüvə silahına sahib olmaq istəyinin olmadığını təsdiqləyib, Vaşinqton isə bunu alqışlayıb”.
Məryəm





















