Elchi.az Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya istinadən xəbər verir ki, ABŞ və Finlandiya arasında nüvə enerjisi texnologiyaları məsələlərində əməkdaşlığa əsaslanan nüvə enerjisi haqqında saziş imzalanıb.
Agentliyin məlumatına görə, Finlandiya və ABŞ arasında saziş iki ölkə arasında əməkdaşlığın inkişafına, xüsusilə nüvə enerjisi texnologiyaları, eləcə də nüvə tullantılarının idarə edilməsi və onların son utilizasiyası məsələlərinə yönəldiləcək. Bundan əlavə, yeni nüvə reaktorlarının tikintisi texnologiyalarının öyrəniləcəyi bildirilir.
“Əməkdaşlıq mövzuları … tədqiqat, təkmilləşdirmə və innovasiyalar, layihələrin inkişafı, qabaqcıl təcrübələr, istedadların, təcrübə və kadrların inkişafı, yanacaq təchizatı ola bilər”, – nazirliyin bəyanatında deyilir.
Nuranə Məmmədova