ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin xarici işlər naziri Qin Qanq ilə səmimi, konstruktiv və məzmunlu danışıqlar aparıb. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
Amerika Xarici İşlər Nazirliyinin mesajında onlar vurğulanıb ki, danışıqlar zamanı Blinken ÇXR Xarici İşlər Nazirinə bir sıra məsələlər üzrə diplomatiyanın və ünsiyyətin açıqlığının vacibliyini qeyd edib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinkenin Pekinə səfər etdiyi bildirilirdi. Onun Çinin paytaxtında iki gün qalacağı dəqiqləşib. Bu, onun ABŞ Dövlət Departamentinin rəhbəri kimi Çinə ilk səfəridir.
Havar Şəfiyeva