Vaşinqton və Seul bu il birgə hərbi təlimlərin miqyasını genişləndirmək barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun saytı məlumat yayıb.
Müvafiq bəyanatla ABŞ-ın müdafiə naziri Lloyd Austin və Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Sopa çıxış ediblər.
“İki lider, həmçinin gələcəkdə birgə təlimlərin səviyyəsini və miqyasını genişləndirmək və artırmaq öhdəliyi götürüblər”, – deyə məlumatda bildirilir.
Qeyd olunub ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın raket və nüvə proqramları ilə bağlı addımları da daxil olmaqla təhlükəsizlik sektorunda dəyişikliklərin nəzərdən keçirilməsinin zəruriliyini təsdiqləyib.
Bundan əlavə, Austin Cənubi Koreyanın müdafiəsi üçün nüvə silahından istifadənin mümkünlüyünü də istisna etməyib.
Amerika və Cənubi Koreya tərəfləri arasında əməkdaşlığın digər təfərrüatları hələlik açıqlanmayıb.
Yeganə