ABŞ və Böyük Britaniyanın Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumları davam edir.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamada gecə saatlarında Yəmənin 13 bölgəsində 36 nöqtəyə hücumların təşkil edildiyi bildirilib.
Hücumlarda basdırılmış silah anbarları, raket sistemləri, buraxılış meydançaları və Qırmızı dəniz gəmilərinə hücum üçün istifadə edilən digər avadanlıqların vurulduğu bildirilib.
Nuranə Məmmədova