ABŞ prezidenti Co Bayden argentinalı həmkarı Alberto Fernandes ilə Ukraynaya gələcək yardımı müzakirə edib. Bu barədə Elchi.az Lent.ru – ya istinadən xəbər verir.
Ağ Evin saytında yerləşdirilən bəyanatda deyilir.
Bildirilir ki, Vaşinqtonda keçirilən görüşdə siyasətçilər Ukrayna xalqına dəstək və Rusiyanın xüsusi əməliyyatının nəticələrinə cavab vermək üçün ölkələr arasında əməkdaşlıq mövzusuna, xüsusən də ərzaq təhlükəsizliyinə toxunublar.
Bundan əlavə, dövlət başçıları
qabaqcıl texnologiyalar üzrə ABŞ-Argentina əməkdaşlığını dərinləşdirməyə və qlobal çağırışlara daha yaxşı cavab vermək üçün çoxtərəfli inkişaf banklarında islahatlar aparmaq üçün G20-nin digər ölkələri ilə işləməyə sadiqdirlər.
Bundan əvvəl Bayden Amerika və Kanada hakimiyyətinin “tarixi sanksiyalar və tariflər” vasitəsilə Rusiyaya təzyiqləri davam etdirmək niyyətini açıqlamışdı. O, həmçinin Kiyevə hərbi və humanitar yardım göstərməyə davam edəcəyinə söz verib.
Havar Şəfiyeva