Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və onların Ukraynadakı digər müttəfiqləri hazırda Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırlayır.
Elchi.az bu barədə “Bloomberg”-ə istinadən xəbər verir.
Onların ayrı-ayrılıqda təqdim ediləcəyi, lakin hamısı birlikdə koordinasiya ediləcəyi dəqiqləşdirilir. May ayında Yaponiyada keçiriləcək G7 sammiti zamanı hansı məhdudiyyətlərin olacağı açıqlanacaq.
Bloomberg yazır:
“Yeni sanksiyaların əsas məqsədi mövcud tədbirlərdəki boşluqları aradan qaldırmaq və ümumilikdə tətbiq edilən məhdudiyyətlərdən yayınma problemini həll etməkdir”.
Yeganə