ABŞ və İrlandiya Rusiya ilə əməkdaşlığın bərpasını müzakirə ediblər

65

ABŞ və İrlandiya Hücum Silahlarının Azaldılması Müqaviləsi çərçivəsində Rusiya ilə əməkdaşlığın bərpasını müzakirə ediblər. Elchi.az xəbər verir ki, bu barədə “The Journal” məlumat yayıb.

ABŞ hökumət rəsmiləri Dublində İrlandiya diplomatları ilə görüşərək Rusiya ilə danışıqların yenidən başlaması üçün beynəlxalq müzakirələrdə onlardan kömək istəyiblər.

Qeyd olunur ki, İrlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ nümayəndələrinin səfərini və dövlətin nüvə tərksilahına sadiqliyini təsdiqləyib. Görüş zamanı Dublin Moskvanı sazişin icrasını bərpa etməyə çağırıb.

Bir müddət əvvəl ABŞ Strateji Komandanlığının rəhbəri, Hərbi Hava Qüvvələri generalı Entoni Kotton Vaşinqtonun Rusiyanın START-a qayıtmasına ümid etdiyini, lakin bunun baş verə bilməyəcəyindən narahat olduğunu bildirmişdi.

Havar Şəfiyeva