ABŞ Nümayəndələr Palatası Ukraynaya yardımla bağlı razılığa gəlmədən fevralın sonuna qədər fasilə verib, qanunvericilər heç vaxt müvafiq qanun layihəsinə səs verməyiblər. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Qeyd olunduğu kimi, Amerika Konqresinin aşağı palatası fevralın 28-dək görüşməyəcək, müvafiq olaraq, yaxın iki həftə ərzində Kiyev və İsrailin maliyyələşdirilməsi məsələsi həll olunmayacaq. Bundan əvvəl Respublikaçılar Partiyasından olan amerikalı konqresmen Kori Mills qeyd edib ki, ABŞ-ın Ukraynaya maliyyə yardımı paketi ayırması haqqında qanun layihəsinin Nümayəndələr Palatasında səsvermədən keçmək şansı yoxdur.
Havar Şəfiyeva