Ukraynanın yaxın gələcəkdə ərazilərin qaytarılması məsələsində uğur qazanması çətin məsələdir. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” məlumat yayıb.
Nəşr tövsiyə edib ki, Ukrayna hakimiyyəti 2014-cü il sərhədlərinə qayıtmaq üçün “davamlı istəyi” unutsun. Materialda qeyd edilir ki, keçən ilin hadisələri açıq şəkildə göstərdi ki, Qərb Kiyevə hərbi dəstəyi bərpa etsə belə, bu məqsədə yaxın gələcəkdə nail olmaq mümkün deyil.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğunu xatırladıb və Kiyevin Rusiya ilə sülh razılaşması əldə etməyə məcbur olacağını etiraf edib.
Havar Şəfiyeva