ABŞ-ın Ukraynaya yardım etdiyinə inanan amerikalıların payı 44 faizə çatıb. Elchi.az bu barədə “Gallup” sorğusuna istinadən xəbər verir.
Sorğunun nəticələrinə görə, bu ilin iyul ayı ilə müqayisədə bu göstəricinin artımı 10 faiz təşkil edib. Nəşr Amerika ictimaiyyətinin Ukraynaya dəstəyinin zəifləməsini Birləşmiş Ştatların Ukraynaya əlavə yardım göstərməkdə nə qədər irəli getməsi ilə bağlı artan fikir ayrılığı ilə əlaqələndirir.
O, həmçinin bildirib ki, hər üç amerikalıdan biri ABŞ-ın kifayət qədər kömək etdiyinə inanır, yalnız 25 faiz hökumətin kifayət qədər iş görmədiyini deyib.
Bundan əvvəl ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen Lenta.ru ilə söhbətində izah edib ki, Amerika cəmiyyətində Ukraynaya dəstək artan daxili problemlər səbəbindən getdikcə zəifləyir.
Havar Şəfiyeva