ABŞ Ukraynanın əks-hücumunun nəticələrini qiymətləndirib

100

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan sonra münaqişə bitməyəcək. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ-ın Ukraynadakı keçmiş xüsusi nümayəndəsi Kurt Volker planlaşdırılan əməliyyatın nəticələrini belə qiymətləndirib.

Ekspert qeyd edib ki, əks-hücum baş tutacaq, lakin bu, son deyil.

Volkner proqnozlaşdırıb ki, Kiyevin uğurlu əks-hücum əməliyyatı Vaşinqtonu Ukrayna tərəfinə dəstəyi artırmağa sövq edəcək. Eyni zamanda o əlavə edib ki, gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək, ona görə də hakimiyyət daxili siyasətə diqqət yetirəcək. Onun sözlərinə görə, növbəti dəfə bu məsələ ilə məşğul olmamaq üçün bu il Ukraynaya yeni yardım paketi ayrılacaq.

Havar Şəfiyeva