Birləşmiş Ştatlar Ukraynadakı münaqişədən öz silahlı qüvvələrini gələcək müharibələr üçün hazırlamaq üçün araşdırmalar və təcrübələr aparmaq üçün istifadə edir. Elchi.az xəbər verir ki, bu barədə “Defence One” portalı məlumat yayıb.
Xəbər verilir ki, söhbət Pentaqonun iki təlim mərkəzindən – Milli Təlim Mərkəzi və Birgə Hazırlıq Təlim Mərkəzindən gedir. “Ukrayna ordusunun Rusiya müdafiə xətlərini yarmaq cəhdi zamanı qarşılaşdığı çoxsaylı çətinlikləri nəzərə alaraq, döyüş hazırlığı hələ də koordinasiya və təlimə aiddir”, – deyə “NTC”-nin generalı Kertis Taylor çıxışa bildirib.
O, həmçinin əlavə edib ki, hərbi əməliyyatların təhlili ilə yanaşı, ictimaiyyətlə işləməyə və internetdə məlumatların təbliğinə xüsusi diqqət yetirilir.
Havar Şəfiyeva