ABŞ türk enerji maqnatı Sitka Ayana sanksiya tətbiq edib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yer alan bəyanatda bildirilib.
Qeyd edilir ki, Ayan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlara cavabdeh olan Qüds qüvvələrinə yüz milyonlarla dollar dəyərində neft satışını asanlaşdıran sanksiyalardan yayınma şəbəkəsinə rəhbərlik edib:
“Ayanın şirkətləri xarici alıcılarla İran neftinin satışı üzrə beynəlxalq müqavilələr bağlayıb, neft daşınması təşkil edib, neftin İran mənşəli olduğunu və Qüds qüvvələrinin satışda marağını gizlədərək çirkli pulların yuyulmasına kömək edib”, – məlumatda qeyd edilib.
Türkiyədən İsrailə xəbərdarlıq: Bütün dünyaya təsir edəcək!
Rəfahda mümkün hərbi əməliyyat bütün dünyaya təsirini göstərəcək. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü...