Konqresmen Jayapal səhv danışdı və Trampın ereksiyaya səbəb olduğunu söyləyib.
Elchi.az xəbər verir ki, ABŞ nümayəndəsi Pramila Jayapal Ədliyyə Komitəsi qarşısında çıxışı zamanı səhv danışaraq keçmiş prezident Donald Trampın “ereksiyaya səbəb olduğunu” deyib.
“Düşünürəm ki, biz hamımız çox şeyə görə qəzəblənirik, amma baş vermiş və ya heç vaxt baş verməyən dəhşətli hadisələrdən danışmaq istəyiriksə, gəlin prezident Trampın ereksiyaya səbəb olması haqqında danışaq”, – Fox News onun sözlərindən sitat gətirib.
Konqresmen Trampın təhrik etdiyi “üsyanı” nəzərdə tuturdu, lakin o, səhv danışdı və bunun “ereksiya” olduğu ortaya çıxıb.
Şayəstə Hüseynova