ABŞ Şimali Koreyanın bəyanatlarına reaksiya verib və KXDR-ə xəbərdarlıq edib ki, nüvə silahından istifadə təhlükəsi ehtiyatsızlıqdır. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq, nüvə başlıqları ilə ballistik raketlər buraxmaq üçün nəzərdə tutulmuş Amerika sualtı qayığının Cənubi Koreyadakı limanına dörd onillikdə ilk çağırışını müdafiə edib.
Qeyd edək ki, bundan əvvəl respublikanın müdafiə naziri Kanq Sun Nam bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji sualtı qayığının Cənubi Koreyaya daxil olması KXDR-in nüvə silahından istifadə etməsi üçün şərt ola bilər.
Havar Şəfiyeva