Amerikalı respublikaçı senator Lindsey Graham, “Fox News”-ə danışarkən, İranda bir sıra hədəflərə zərbələr endirməyə çağırıb. Elchi.az xəbər verir ki, müsahibə “YouTube”-da mövcuddur.
Qraham İranı Yəməndəki husi üsyançılarına dəstək verməkdə ittiham edib. “Onların neft yataqları var, kosmosdan görünən İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı var”, – deyə o qeyd edib. Senator bu obyektlərin “yer üzündən silinməsinə” çağırıb.
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbəri Lloyd Austin deyib ki, Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumları Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artırır.
Havar Şəfiyeva