ABŞ-da 8 senatordan ibarət qrup prezident Co Baydenə məktub göndərərək onu “İsrailə silah tədarükünü dayandırmağa” çağırıb.
Elchi.az xəbər verir ki, ABŞ Senatının 7 demokrat senatoru ilə yanaşı Sanders tərəfindən imzalanan məktub Baydenə Qəzza ilə bağlı edilən siyasi çağırışlara əlavə edilib.
Senatorlar məktubda İsrail administrasiyasının humanitar yardımın Qəzzaya çatmasına mane olduğunu və bunun müvafiq beynəlxalq müqavilələri kökündən pozduğunu vurğulayıblar.
ABŞ-ın üçüncü ölkələrə silah satışında “humanitar yardımı əngəlləyən ölkələr dəstəklənə bilməz” deyən müvafiq qanuna toxunan senatorlar İsrailə silah tədarükünün dərhal dayandırılmasını istəyiblər.
ABŞ administrasiyasının Benyamin Netanyahu hökumətinə silah göndərməsinin Amerika qanunlarına uyğun olmadığını vurğulayan senatorlar Qəzzaya təcili humanitar yardımın çatdırılması lazım olduğunu bildiriblər.
Nuranə Məmmədova