ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşıdığı iddia edilən bir qayığa daha bir hücum təşkil edib. Hücum nəticəsində iki nəfər həlak olub.
Elchi.az xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit Okeanda narkotik daşıdığı iddia edilən bir qayığa hücum edildiyini və iki nəfərin öldüyünü açıqlayıb.
SOUTHCOM, X hesabından narkotik daşıdığı iddia edilən qayığın Şərqi Sakit Okeanda vurulduğu anı göstərən bir video paylaşıb. Paylaşımda ABŞ Müdafiə Naziri Pit Heqsetin əmri ilə dünən beynəlxalq sularda vurulan qayığın “terror təşkilatı” kimi təsvir edilən bir qrup üçün fəaliyyət göstərdiyi iddia edilib.
Qayığın Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı fəaliyyətlərində iştirakının təsdiqləndiyini iddia edən paylaşımda, hücumda gəmidə olan iki nəfərin öldüyü və ABŞ hərbi qüvvələrinin zərər görmədiyi bildirilib.
Bu arada, ABŞ Prezidenti Donald Tramp da ABŞ-ın Venesueladakı bir liman ərazisinə hücum etdiyi barədə məlumatları təsdiqləyib.
Tramp demişdi: “Biz Venesuelada qayıqlara narkotik yüklənən liman ərazisinə zərbə endirdik. Bu, böyük bir partlayışa səbəb oldu. Onlar orada qayıqlara narkotik yükləyirdilər. Biz həm bütün qayıqları, həm də ərazini vurduq. Həmin liman artıq orada deyil”.
Şayəstə





















