Yüksək rütbəli ABŞ rəsmisi jurnalistlərə açıqlamasında Vaşinqtonun Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq etmək planlarından danışıb.
Elchi.az Rusiyanın Mk.ru saytına istinadən bildirir ki, bu barədə Amerikanın “USA Today” qəzetində qeyd olunub.
Mənbənin sözlərinə görə, tədbirlər Rusiya iqtisadiyyatı üçün çox hiss olunacaq və ABŞ-dan ixracla məşğul olan 70 şirkətə təsir edəcək.
Həmçinin Rusiya Federasiyasının 300-dən çox fiziki və hüquqi şəxsləri, gəmiləri və təyyarələri ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq.
“ABŞ və tərəfdaşlar Rusiyanın sanksiyalardan yayınmasını, beynəlxalq maliyyə sisteminə çıxışını çətinləşdirməyə çalışacaqlar. G7 ölkələri də Rusiyanın enerji mənbələrindən asılılığını daha da azaltmaq üçün addımlar atacaqlar”, – deyə qəzetdə yazılıb.
Yeganə