Ukraynada hərbi münaqişə elə başa gələ bilər ki, Rusiya-Ukrayna yeni sərhədi Dnepr çayı boyunca keçsin.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Through the eyes of” ‘‘YouTube‘‘ kanalına müsahibəsində proqnozlaşdırıb.
“Mən hesab edirəm ki, Rusiya Dnepr çayına nəzarət edəcək. Bu, Dnepr flotiliyası tərəfindən patrul ediləcək yeni sərhədə çevriləcək”, – deyə Ritter bildirib.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, Rusiya özünü Odessaya doğru irəliləmək imkanını təmin etməklə Sumı və Xarkov kimi böyük şəhərlərə nəzarəti ələ keçirə biləcək.
Havar Şəfiyeva
Qeyd edək ki, bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın paytaxtının Lvova köçürüləcəyini, Odessa və bir çox digər şəhərlərin isə tezliklə Rusiyanın tərkibinə daxil olacağını təklif edib.