ABŞ qərar versə, Kiyev “Patriot” alacaq – Piskorski

41

NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri vermək üçün Polşaya düşən raketdən istifadə edir.
Elchi.az xəbər verir ki, bunu polşalı politoloq Mateuş Piskorski deyib.
“Əgər Vaşinqton qərar versə, Kiyev “Patriot” hava hücumundan müdafiə sistemlərini alacaq”, – Piskorski bildirib.
Onun sözlərinə görə, Ukraynanın bütün ölkəni əhatə edə biləcək sistemləri yoxdur:
“Bütün bu sistemlər Rusiya ordusu tərəfindən məhv edilib. Ona görə də bütün radiolokasiya məlumatları ABŞ, Fransa, Britaniyanın AVAKS təyyarələri tərəfindən ötürülür. Həmin təyyarələr Rusiya aviasiyasını təqib edir və Ukrayna divizonlarına məlumatlar ötürür. Onlara həmin raketin hara uçduğunu da gözəl bilir. Ona görə də nə Bayden, nə də Pentaqon Polşa ərazisinə Ruaiya raketinin düşməsini təsdiq etmədilər. Bilirdilər ki, bu, Ukrayna raketidir”.