Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri və Çin sədri Si Cinpinlə görüşü ABŞ-a qarşı mübarizədə Moskva ilə Pekin arasında müttəfiqliyi nümayiş etdirmək üçün fürsət olacaq. Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
“İndi bu əlaqələr əslində Ukraynadakı münaqişədən əvvəl olduğundan daha dərin və güclüdür” – deyə Karnegi Berlin Rusiya və Avrasiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qabuev bildirib.
O əlavə edib ki, hazırda Çin həm bəzi daxili şəraitə görə, həm də ABŞ-la rəqabətə görə ciddi maneələrlə üzləşir, lakin bu problemlər toplusu həm də Moskva ilə Pekin arasında münasibətlərin inkişafına müəyyən təkan verib.
Qeyd edilir ki, Rusiya və Çin Vaşinqtonun dominantlığına və çoxqütblü dünyanın yaradılmasına qarşı mübarizədə sıx əməkdaşlığı vurğulasa da, hər biri ilk növbədə milli maraqlara diqqət yetirir, öz təsirini genişləndirməyə çalışır.
Bundan əvvəl Putin “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Çinə iki günlük səfərə gedib. O, həmçinin Si Cinpinlə də daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək. Dövlət başçıları arasında danışıqlar oktyabrın 18-nə planlaşdırılıb.
Havar Şəfiyeva





















Son şərhlər