ABŞ-da Yaşıllar Partiyasının 2024-cü ildə prezidentliyə namizədi Cill Stayn Fələstinə dəstək etiraz aksiyası zamanı saxlanılıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Cill Stayn, onun kampaniya meneceri Ceyson Koul və kampaniya menecerinin müavini Kelli Merrill Sent-Luisdəki Vaşinqton Universitetində universitetin Qəzza müharibəsi ilə bağlı etirazı dəstəkləyərkən həbs olunublar”-deyə Staynın X sosial şəbəkəsindəki hesabında yerləşdirilən mesajda bildirilib.
Kampaniya meneceri Ceyson Koul “Fox News”-a bildirib ki, Stayn kampusda keçirilən etiraz aksiyası zamanı həbs olunan 100-ə yaxın adam arasında olub: “Staynın kampaniyası tələbələrin tələblərini və onların dinc etirazlarını və kampusda toplaşmalarını dəstəkləyir”,-deyə Koul bildirib.
Yeganə