APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin müşaviri Ben Rods bildirib.
“Dövlət başçısı səviyyəsində iştirakımızı gözləmirəm. Prezident Obama mayda Moskvaya səfər etməyi planlaşdırmır”, deyə B.Rods bildirib.
Bundan əvvəl Çexiyanın prezidenti Miloş Zemanın bayram tədbirlərində iştirak etməyəcəyi məlum olmuşdu.