ABŞ ordusundan PKK/YPG terrorçularına tank təlimi

94

ABŞ əsgərləri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində PKK/YPG terrorçularına tanklardan istifadə etmək üçün təlim keçib.
Elchi.az xəbər verir ki, Suriyada terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdə mövcudluğu olan ABŞ qüvvələri terror təşkilatına silahlı təlim dəstəyi verməyə davam edir. Təlim dünən Deyr əz-Zorda ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağı yaxınlığında keçirilib.
Tanklarda təlimin hansı ölkədə keçirildiyi məlum deyildi.
Onlarla PKK/YPG terrorçusu ABŞ əsgərlərindən tank təlimindən başqa, ABŞ istehsalı olan “TOW” tank əleyhinə silahlardan istifadə mövzusunda təlim keçib.
Terrorçuların eyni nöqtədə aldığı digər təlim isə artilleriya və minaatan mərmiləri olub.

Nuranə Məmmədova