ABŞ Maliyyə Naziri Yellen borc limiti ilə bağlı yenidən xəbərdarlıq edib

109

ABŞ Maliyyə Naziri Janet Yellen iqtisadi fəlakətdən qaçmaq üçün borc limitinin artırılması lazım olduğunu, borc limiti dilemmasının həlli üçün limitin artırılmasından başqa yaxşı variantın olmadığını bildirib.

Elchi.az xəbər verir ki,ABC News-a müsahibə verən Yellen iqtisadi gündəmlə bağlı qiymətləndirmələr edib.

ABŞ-ın iyun ayının əvvəli kimi nağd pul çatışmazlığı yaşaya biləcəyinə işarə edən Yellen, çoxlu qeyri-müəyyənliyin olduğunu və yeni məlumatlar əldə olunduqca Konqresə məlumat verməyi planlaşdırdığını bildirib.

Son bir neçə ayda fövqəladə tədbirlər həyata keçirdiklərini bildirən Yellen, bu tədbirləri həyata keçirmək imkanlarının tükəndiyini və ölkənin nağd pul çatışmazlığına başlayacağını bildirib.

Nuranə Məmmədova