Rusiya kosmosda nüvə silahının yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı ABŞ- dan xəbərdarlıq alıb.
Elchi.az xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “Wall Street Journal” yazır.
Bundan əvvəl Ağ Ev təsdiqləmişdi ki, ABŞ Konqresində müzakirə olunan milli təhlükəsizliyə təhlükə Rusiya Federasiyasına qarşı şübhələrlə, daha doğrusu Moskvanın peyk əleyhinə silahlar hazırlamaq planları ilə bağlıdır. ABŞ lideri Co Bayden Rusiya Federasiyası ilə diplomatik təmaslar tələb edib, Ağ Evin sözçüsü Con Kirbi bildirib.
Bir sıra mənbələr Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və Rusiya prezidenti Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakovun artıq kommunikasiya kanallarından birində iştirak etdiklərini bildiriblər, lakin rəsmi təsdiq yoxdur.
Nəşr xatırladır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ötən həftə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinə müraciət edib.
Eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi ABŞ-ın peyk əleyhinə potensialı müzakirə etmək üçün Rusiya Federasiyası ilə qarşılıqlı əlaqədə olduğunu təsdiqləyib, lakin Moskva ilə qarşılıqlı əlaqə kanalları haqqında konkret məlumat təqdim etməyib.
Nuranə Məmmədova