ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın 2-də Ukraynaya yardım məsələsinə baxa bilər. Elchi.az xəbər verir ki, bu barədə “Politico” Nümayəndələr Palatasında Demokratlar Partiyası fraksiyasının rəhbəri Hakim Cefrisə istinadən məlumat yayıb.
“Biz bu məsələ üzərində işə başlamalıyıq. Nümayəndələr Palatasının Respublikaçıları bazar ertəsi yenidən toplaşmazdan əvvəl tezliklə seçim edəcəklər” – deyə o bildirib.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin Kiyevə yardım etmədən 45 gün müddətinə maliyyələşdirmə layihəsini təsdiqləyib. Bu qərarı Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova şərh edib. O qeyd edib ki, Kiyev ümid edir ki, ABŞ-ın 45 gün ərzində hazırlanacaq yeni büdcə layihəsində Ukraynanı silahla dəstəkləmək üçün xərc maddələri yer alacaq.
Havar Şəfiyeva