ABŞ prezidenti Co Baydenin administrasiyası İsraillə Hizbullah hərəkatı arasında genişmiqyaslı hərbi münaqişənin qarşısını almaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bayden administrasiyası İsrail rəhbərliyinin Livanın şimalında hərbi əməliyyatın mümkün başlaması ilə bağlı bəyanatlarından narahat olub. Rəsmilər, İsrailin baş naziri Binyamin Netanyahu hökumətin tənqidi fonunda hakimiyyəti əldə saxlamaq üçün döyüşləri genişləndirmək fikrində ola biləcəyini irəli sürürlər.
ABŞ Dövlət Departamentinin sözçüsü Mett Millerin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken ölkə rəhbərliyi ilə qarşıdurmanın deeskalasiyası addımlarını müzakirə etmək üçün yanvarın 8-də İsrailə uçacaq.
Havar Şəfiyeva