ABŞ və İran nümayəndə heyətləri bu gün Omanda Tehranın nüvə proqramını müzakirə etmək üçün görüşəcəklər.
Elchi.az xəbər verir ki, ABŞ və İran nümayəndə heyətləri bu gün Omanda Tehranın nüvə proqramını müzakirə etmək üçün görüşəcəklər.
ABŞ və İran bu gün Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramını müzakirə etmək üçün görüşəcəklər. ABŞ-ı Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkov, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
İran mediası xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında çox sayda diplomatla Maskatda olduğunu açıqlayıb. Sosial media paylaşımında Əraqçi bildirib ki, “İran diplomatiyaya açıq gözlə və keçən ilin acı xatirəsini unutmadan girir. Biz vicdanla hərəkət edirik və hüquqlarımızı qətiyyətlə müdafiə edirik. Öhdəliklər yerinə yetirilməlidir. Bərabərlik, qarşılıqlı hörmət və ortaq maraqlar yalnız ritorika deyil, həm də zəruridir və davamlı bir razılaşmanın təməl daşlarını təşkil edir.”
Şayəstə





















